Bakıda tramvaylar bərpa oluna bilər?

Bakıda tramvaylar bərpa oluna bilər? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:
“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.
Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər