“Risk gözləmirik” - Maliyyə naziri

“Risk gözləmirik” - Maliyyə naziri "Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik".
Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.
S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib .
"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər