ATƏT-in yeni sədrindən Qarabağ - Açıqlaması

ATƏT-in yeni sədrindən Qarabağ - Açıqlaması “İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək”.
Bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:
“İtaliya uzun müddətdir davam edən münaqişələrin nizamlanması üçün mövcud formatlar vasitəsilə ATƏT-in fəaliyyətini gücləndirəcək.
Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

Tehsil-press.az

Oxşar xəbərlər