Bəhreyn Qətərə viza verilməsini dayandırdı

Bəhreyn Qətərə viza verilməsini dayandırdı Bəhreyn Daxili İşlər Nazirliyi Qətər vətəndaşlarına viza verilməsini dayandırıb.
Nazirliyin rəsmi açıqlamasında qərarın 5 iyun 2017-ci il Qətərlə diplomatik əlaqələrin kəsilməsi qərarına istinadən verildiyi bildirilib. Manama hökuməti hazırda Bəhreyndə təhsil alan qətərli tələbələrin və viza müddəti bitməyənlərin bu qərardan azad olduqlarını qeyd edib.
Viza qadağasının nə vaxtadək davam edəcəyi barədə məlumat verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər