“Ustad”ın 21-ci sayı işıq üzü gördü

“Ustad”ın 21-ci sayı işıq üzü gördü “Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 21-ci buraxılışı oxucuların ixtiyarına verilib. Redaksiyadan aldığımız məlumata görə, yeni tərtibatla oxucuların görüşünə gələn dərgi bu dəfə də ədəbiyyat və sənət barədə müxtəlif mövzulu yazılarla zəngindir. Belə ki, “Ustad”da bu dəfə ədəbi tənqidçilik (Alxan Bayramoğludan “H.Cavidin fikir və sənət dünyası”, Nizami Hüseynovdan “Bakıdan şimala doğru ədəbiyyat”), ədəbi araşdırmaçılıq və esse (Səbuhi Şahmursoydan “Mütaliənin əlavə təsiri”, Ceylan Mumoğludan “”Məntiqi” novella, yoxsa “detektiv” əsər?”, Aybəniz Həsənovadan “Ölümə heyran olan “Bir maskanın etirafları””, Kənan Hacıdan “Oruell və Köstler. Kommunizm: tezis, anti-tezis”, Xəyalə Muraddan “Müqəvva”, Nemət Hacıəlidən “Ədəbi düşüncələr”), şəxsiyyətlər və sənət haqqında (Sergey Kuriydən “Maurits Kornelis Eşer: Həndəsə incəsənətə çevrilə bilərmi?” (tərc: Xavər Zahir), Xanəmir Telmanoğludan “Qızılgül rəsmləri çəkən fillər, roman yazan atlar”, Nuranə Abbasovadan “Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı””, Nərmin Şahmarzadədən “Bir istiqamətli səyahət və ya Edit Piaf əfsanəsi”, Kamran Mahmudovdan “Böyük azadlıq şairi Corc Bayron və yunan inqilabı”), ədəbi nümunələr (Şəmil Sadiqdən “Azadlıqdakı ruhum”, Müşfiq XANdan “Pivə, eşq və şahanə etiraflar” (hekayə), Cəmilə Məmmədlidən “Ümid” (hekayə), Moris Meterlinkdən “Orada, içəridə” (pyes, tərc: Həmid Piriyev), Aleksandr Qrindən “Atanın qəzəbi” (hekayə, tərc: Xanım Anela), Əlibala Əhmədovdan “Susqun bir ulduz” (şeirlər), Seyid Həsrətdən “Vədəsiz” (şeirlər) kimi mövzulu yazılarla tanış ola bilərsiniz. Dərginin budəfəki müsahibi bu yaxınlarda 60 illik yubileyini qeyd edən Əməkdar artist, teatr və kino aktyoru, ssenarist Vidadi Həsənovdur (Cavid Qədirin təqdimatında).
Ədəbiyyat və sənət həvəskarları “Ustad”ın yeni – 21-ci sayını kitabevim.az mağazalar şəbəkəsi və “Hədəf” nəşriyyatından əldə edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər