“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edir. Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur.Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:
- Müəllifin adı və soyadı (təxəllüsü)
- Müəllifin əlaqə nömrəsi
- Times New Roman şrifti ilə word faylında, ən azı 2000, ən çoxu 5000 boşluqsuz işarə sayında hekayə.
Müsabiqəyə təqdim olunan hekayələr Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.
Tehsil-press.az













