İyunun 12-də UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçiriləcək.
Konfransda böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq, Aziz Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək. Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən “Aziz Sancarın Nobel bioqrafiyası” adlı kitabın təqdimatı keçiriləcək.
Aziz Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. 8 uşaqlı ailənin dördüncü övladıdır. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına gedib. Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yale Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerinanın ünlü elmi mərkəzlərindən olan UNC Chapek Hill-də biokimya və biofizika üzrə çalışmağa başlayıb, DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-ə yaxın elmi məqalə, 33 kitab yazıb.
Uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. Xaricdəki elmi araşdırmalarına görə, Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk alimdən biridir.
2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Aziz Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti