Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Onurğa sütununun endoskopik cərrahiyyəsi” mövzusunda seminar keçirilib. Tədbir ATU ilə Türkiyənin Bursa şəhərində yerləşən Medicabil xəstəxanası arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarın açılışında ATU-nun neyrocərrahlıq kafedrasının müdiri Sabir Etibarlı çıxış edərək mövzunun aktuallığından və əhəmiyyətindən danışıb.
Neyrocərrahlıq kafedrasının assistenti Cəmil İsgəndərov “Spinal daralmalarda azinvaziv texnologiyalar”, rezident Səbuhi Etibarlı “Osteoporoz mənşəli fəqərə sınıqlarında azinvaziv müalicə metodalarına dair”, Medicabil xəstəxanasının aparıcı həkimi, dosent Hayati Aygün isə “Onurğa sütunu xəstəliklərinə endoskopik yanaşma: UBE (unilateral biportal endoskopiya)” mövzularında məruzələrlə çıxış ediblər.
Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.

ATU-nun Mətbuat Xidməti