Azərbaycan Tibb Universitetində ənənəvi seminar keçirilib

Azərbaycan Tibb Universitetində ənənəvi seminar keçirilib Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasında tədris-metodiki seminarlar keçirilib. Ənənəvi olaraq hər il keçirilən seminarın məqsədi professor-müəllim heyətinin bilik və bacarıqlarını artırmaq və tədrisin keyfiyyətini yüksəltməkdir.
Növbəti seminarda çıxış edən kafedranın müdiri, professor Musa Qəniyev tədbirin əhəmiyyətini vurğulayıb: “Uzun illərdir ki, kafedramızda tədris prosesində müəyyən fasilələr yarananda, yəni qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun mövzu təqdim olunur. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı hər mövzu üzrə yeniliklər müzakirə olunur və dərs prosesinə daxil edilir. Bu seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada farmakologiya sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır”.
Seminarda kafedranın assistenti Mətanət Məmmədovanın “Tənəffüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası” mövzusunda məruzəsi dinlənilib.
Diskussiya formatında keçən seminarda kafedranın tədris hissə müdiri, professor Vəli Əsmətov təcili və təxirəsalınmaz bir sıra dərman maddələri, o cümlədən dərmanların öskürək əleyhinə istifadə qaydalarının əhəmiyyəti haqqında danışıb.
Tədbirin sonunda kafedra əməkdaşlarının sualları cavablandırılıb.

Hüseyn Şərifov


Azərbaycan Tibb Universitetində ənənəvi seminar keçirilibAzərbaycan Tibb Universitetində ənənəvi seminar keçirilib

Oxşar xəbərlər