Təhsil prosesinin əsas siması müəllimdir. Müəllim sənəti şərəfli olduğu qədər də mürəkkəbdir. Çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedoqoji proses isə çoxcəhətli və çətindir. Elə buna görə də gənc nəslin mənəvi tərbiyəsinin, bədii, estetik zövqünün formalaşmasında, mənəvi əxlaqi vərdişlərə yiyələnməsində bir müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim peşəsi öz mahiyyəti, əhəmiyyətinə görə hər zaman cəmiyyətdə xüsusi yer tutur, müəllimlərsə cəmiyyətin seçilmiş insanları hesab olunurlar.
Hər şeyi ağlının, şüurunun, həyat təcrübəsinin süzgəsindən keçirməklə, doğru, düzgün qiymətləndirməyi bacaran insan müəllimi müqəddəslik zirvəsinə qaldırırb. Onun tanrı dərgahında da mövqeyi yüksəkdir. Müəllim qələminin mürəkkəbi şəhid qanına bərabər tutulur.
Ulu öndərimiz Heydər Əliyev də müəllim peşəsinə yüksək qiymət verərək demişdir: "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli vətəndaşlar hazırlayır. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır".
Hər il 5 oktyabr respublikamızda müəllim günü kimi qeyd edilir. Bu da müəllimlərin əməyinə verilən böyük qiymətin təzahürüdür.
Beynəlxalq Müəllimlər Günü qeyd olunmasına dair qərar 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Həmin vaxt bu t
şkilat müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd olunur.
Mən də respublikanın təhsil ocaqlarında çalışan həmkarlarımı - şərəfli müəllim ömrünü yaşayan müəllimlərimizi bu gün münasibətilə ürəkdən təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar və cansağlığı arzulayıram.
Limunət Kərimova
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin direktoru