Bakıda “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan Tehsil-press.az-a verilən məlumata görə, əvvəlcə rektor, akademik Abel Məhərrəmov Moskva şəhərinin İctimai və regionlararası əlaqələr komitəsinin sədr müavini, professor Yuriy Qoryaçov və Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin ilə görüşüb.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan və Rusiya arasında bütün sferalarda, həmçinin elm və təhsil sahəsində görülən işlərdən bəhs edən rektor, akademik A.Məhərrəmov, eyni zamanda, BDU-nun beynəlxalq əlaqələrindən danışıb, rəhbərlik etdiyi ali təhsil ocağının Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Uzun illərdir universitetin nəzdində Rus Mərkəzinin fəaliyyət göstərdiyini, rus dili və mədəniyyətinin təbliği, tədrisi istiqamətində görülən layihələri diqqətə çatdırıb.
Forumun əhəmiyyətindən danışan professor Y.Qoryaçov tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətinin iştirakını yüksək dəyərləndirib.
Görüşün sonunda professor Y.Qoryaçov rektor, akademik A.Məhərrəmova “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” Forumunun və Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin VIII konfransının keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.
Sonra Beynəlxalq elmi-praktik forumun iştirakçıları universitetin Rus Mərkəzində rus dili kafedralarının müəllimləri ilə görüşüblər. Qonaqlara Rus Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq rus mədəniyyətinin təbliği ilə bağlı tədbirlər, tələbələr üçün ödənişsiz rus dili kursları təşkil olunur, onların Mərkəzin Rusiyanın Azərbaycandakı səfirliyi və rus icmaları tərəfindən təmin edilən zəngin kitabxanasından istifadəsinə şərait yaradılır.
Qonaqlar Mərkəzin fəaliyyətini və görülən işləri yüksək qiymətləndiriblər.