AzMİU Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) beynəlxalq sahədə Avropanın inkişaf etmiş ölkələrinin bir sıra aparıcı universitetləri ilə yanaşı, keçmiş ittifaq respublikalarının tanınmış universitetləri ilə də əlaqələrini genişləndirir.
Bu sırada Ukrayna Respublikasının Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin adını çəkmək olar. Bu günlərdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın göstərişi ilə ikitərəfli əməkdaşlıq protokolu imzalamaq məqsədilə universitetin tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Poltava şəhərinə ezam olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi, professor V.Onişenko tərəfindən yüksək səviyyədə qəbul olunub. Universitet Elmi Şurasının iclasında universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında sənəd imzalanıb. Prorektor A.Qasımov əməkdaşlığın hər iki universitet üçün faydalı olmasını arzuladığını bildirib. Təntənəli şəkildə keçən əməkdaşlıq protokolunun imzalanmasından sonra AzMİU-nun nümayəndə heyəti universitetin akademik heyəti və alimləri ilə görüşüb, auditoriya və laboratoriyalarını gəzərək tədris prosesinin gedişi ilə tanış olub, kafedralarda aparılan elmi-tədqiqat işləri ilə bağlı professorların təqdim etdiyi prezentasiyalarla izləyib.
Səfərin sonunda nümayəndə heyəti Poltava MTU-da təhsil alan azərbaycanlı tələbələrlə ayrıca görüşüb onların problemləri ilə maraqlanıb və gənclərimizə ölkədən kənarda Azərbaycanımızı layıqincə təmsil etmələrini tövsiyə ediblər.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcəkAzMİU Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcəkAzMİU Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək

Oxşar xəbərlər