Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin korporativ sektorlara informasiya turlarına start verilib.
Karyera Mərkəzinin təşkilatçılığı ilə yeni tədris ilinin ilk infoturu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan “Konfirom” MMC şirkətində olub. Şirkətin rəhbərliyi tələbələrə “Konfirom” şirkətinin tarixi və karyera imkanları barədə məlumat verib. Tələbələr müasir istehsal sahələri və qənnadı məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.
Sonda tələbələrin sualları cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.
UNEC-də analoji turların təşkili tədris ilinin sonunadək davam edəcək. Tələbələrə ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq imkanı yaradılacaq.

UNEC-in Mətbuat Xidməti