Çin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilib

Çin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilib Çin Dövlət Şurası İnsan Hüquqları Bürosunun informasiya şöbəsinin direktoru Qiu Yinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub.
ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi qurumun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. R.Abbasov sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycan təcrübələrinin Çin ilə əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini, onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərini ziyarət etdiyini xatırladıb.
Çin nümayəndə heyətinin üzvləri - Sintszyan-Uyğur Muxtar Rayonunun İnkişaf və İslahat Komissiyasının direktor müavini Li Ren, Sintszyan Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Mulati Heyati və Çin İctimai Elmlər Akademiyasının Sərhəd Araşdırmaları İnstitutunun direktoru Sin Quançen İpək Yolu ölkələrinin siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafına dair elmi hesabatlarla çıxış ediblər.
Sonra çinli qonaqlar ilə ADU və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri arasında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.
Çin Dövlət Şurasının nümayəndələri ADU-nun Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasında da olublar. Mərkəzin elmi işçisi Turan Kərimli tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycanın multikulturalizm, tolerant dəyərləri ilə seçildiyini qeyd edib. Vurğulanıb ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.

ADU-nun Mtbuat Xidmti


Çin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilib
Çin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilibÇin Dövlət Şurasının nümayəndələrinə ADU-nun Konfutsi İnstitutu barədə məlumat verilib

Oxşar xəbərlər