Fevralın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçiriləcək “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi ilə bağlı görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibat və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Məktəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, həmin kafedranın dosenti Tamella Ağayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəhla Əhmədova, Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri, RİİB-in sədri Məhəmməd Abdullayev, Heydər Əliyev Mərkəzinin şöbə müdiri Seymur Mirzəyev, RİİB-in eksperti Kərəm Qafarlı və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq universitetin yaranma tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirilən islahatlar, yeniliklər barədə məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulmasından sonra universitet struktur və müəllim-tələbə heyəti baxımından ölkəmizin ən böyük universitetlərindən birinə çevrilib. Hazırda ADPU-da 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyən edilib. ADPU-da 17 mindən çox tələbə təhsil alır. Tədris 4 binada aparılır. ADPU-da həyata keçirilən islahatların, yeniliklərin, layihələrin əsas məqsədi, başlıca hədəfi universiteti müasir tələblərə cavab verən ali təhsil müəssisəsinə çevirməkdir.
Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri, RİİB-in sədri Məhəmməd Abdullayev səmimi və işgüzar görüşə görə təşəkkür edib. M.Abdullayev Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq bildirib ki, bu layihələr regionlarda gənclərin işlə təmin edilməsində, onların rifah halının yaxşılaşmasında mühüm rol oynayıb.
Heydər Əliyev Mərkəzinin şöbə müdiri Seymur Mirzəyev və RİİB-in eksperti Kərəm Qafarlı, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev çıxış edərək layihə barədə məlumat veriblər. Bildirilib ki, Avropa İttifaqının qrantı əsasında həyata keçiriləcək bu layihənin məqsədi Bakıda və bölgələrdə inklüziv təhsil sahəsinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəsisslərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Təhsil Nazirliyi bu layihəyə lazımi dəstək verir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması, pedaqoji kadrların hazırlanması, inklüziv təhsilə cəlb olunan şəxslər üçün məlumat bazasının yaradılması, müvafiq sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi və digər müvafiq sahələrin tənzimlənməsində əlavə imkanlar yaradacaqdır. Layihə çərçivəsində ADPU-nun filiallarında resurs mərkəzlərinin yaradılması nəzərdə tutulur. Layihə iştirakçıları arasında rəqabət yaratmaq və onların fəaliyyətlərini stimullaşdırmaq üçün müsabiqələr keçiriləcək. Layihədə Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu iştirak edir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Məktəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri Nailə Hüseynova çıxış edərək inklüziv təhsil sahəsində ADPU-da kifayət qədər təcrübə əldə edildiyini, “İnklüziv təhsil” fənninin əsas fənlərdən biri kimi tədris edildiyini, dərs vəsaitlərinin, tədris materiallarının olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, ADPU-da təhsil alan əcnəbi tələbələrin 90 faizi “Korreksiyaedici təlim” ixtisasında təhsil alırlar. ADPU bu sahədə fəaliyyət göstərən mərkəzlərlə, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, müxtəlif layihələrin iştirakçısıdır. Universitetdə yaxın vaxtlarda inklüziv təhsilə dair dəyirmi masa keçiriləcək. Dəyirmi masada ADPU-nun bu sahədə qazandığı təcrübənin bölüşdürülməsi, mövcud vəziyyətin təhlili, fikir mübadiləsinin aparılması və qarşıda duran vəzifələrin müzakirə edilməsi nəzərdə tutulur. Bütövlükdə ADPU bu sahədə əməkdaşlıq etməyə və layihədə iştirak etməyə hazırdır.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi