“Turizm sektoru üçün hazırlanan çərçivə kurikulumunun tətbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib.
Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib.
Təlim zamanı iştirakçılara kurikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurikulumunun hazırlanması və tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.

Mətbuat Xidməti