İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfərin ilk günü Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.
Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib.
Sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur. Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim edilir.
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Azərbaycan nümayəndə heyəti həmçinin Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda iştirak edib.
Forumda çıxış edən Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb.
Tehsil-press.az