Azərbaycan Kooperasiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Kooperasiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Kooperasiya Universiteti dünyanın bir çox universitetləri ilə əlaqələrini genişləndirir. Universitetdə beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq universitetin bir qrup əməkdaşı Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Keyfiyyətə nəzarət mərkəzinin müdiri Şəfa Abdullayeva və həmin mərkəzin mütəxəssisi Xəyalə Hüseynova EQAC layihəsinin növbəti təlimində iştirak etdilər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilib. Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olmuş və mərkəzin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçirmişlər. Eyni zamanda, nümayəndələrin Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlığı da baş tutmuşdur. Qeyd edək ki, layihənin təlimlərində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilmiş və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Oxşar xəbərlər