Azərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əlaqələr genişlənir. Lənkəranda hər iki ali təhsil ocağı tərəfindən birgə elmi seminarların təşkili uğurlu perspektivdən xəbər verir.
“Təhsili Azərbaycan dilində olan qrup tələbələrinin rus şifahi nitqinin inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda birgə təşkil edilən elmi seminarda hər iki ali təhsil ocağından müəllimlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Lənkəranda səfərdə olan ATMU-nun bir qrup əməkdaşı ilə görüşüb.
Görüşdə LDU-nun son illər əldə etdiyi uğurlardan, beynəlxalq əlaqələrindən, birgə təşkil edilən elmi tədbirlərdən danışan N.İbrahimov bu münasibətlərin elmin və təhsilin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Hüseyn Şərifov


Azərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirirAzərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirirAzərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirir

Oxşar xəbərlər