11 oktyabr 2017-ci il tarixdə Bakı Slavyan Universitetində Diplomatiya və xarici siyasət kafedrasının, “Azərbaycanşünaslıq” elmi tədqiqat laborotoriyasının və Beynəlxalq mübnasibətlər və regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə “İslam dininin teoloji potensialında tolerantlıq ideyaları” mövzusunda elmi seminar keçirilib. Seminarda BSU-nun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Əsgər Əhməd geniş məruzə ilə çıxış edib. O, islamın bütün xalqlara və insanlara hörmət və ehtiramla yanaşdığını bildirərək bu dinin bəşəriyyəti hər cür zorakı əməldən çəkinməyə çağırdığını qeyd edib. Məruzəçi fikrini Quranın ayrı-ayrı ayələri ilə əsaslandırıb. O, Maidə surəsidən “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”, “Kafirun surəsindən "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ayələrini misal gətirərək bunun hələ VII əsrdə tolerantlığa bir çağırış olduğunu bildirib. Ə.Əhməd daha sonra peyğəmbərə aid olan hədisdən nümunə gətirərək islam məntiqində bütün insanların bir kökdən yarandığını və buna görə heç kəsin heç kəsdən üstün olmadığını vurğulayıb: “Ey camaat, bilin ki, sizin Allahınız bir və ata-ananız da birdir. Ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Qaradərili sarı dəriliyə üstün deyildir”.
Məruzəçi Quran və sünnədə islamın təbliğ edilməsində zor və məcburiyyətin olmaması prinsipi üzərində xüsusilə geniş dayanıb. O, islamın başqalarının fikirlərinə, inancına sayğı ilə yanaşmasını bəşər tarixinin ən humanist səhifəsi kimi qiymətləndirib. O, deyib: “Qurani-Kərim əmr edir ki, Allahdan başqalarına tapınanları söyməyək, İslama dəvətdə zorakılığa yol verməyək, dəvət zamanı nəsihət və təbliğat yolunu tutaq və s. Bundan böyük tolerantlıq, dözümlülük ola bilməz?”,-deyə məruzəçi vurğulayıb. O, sonda müasir dünyanın artıq islamafobiyadan islama etimada keçdiyini, sivilizasiyalarası düşmənçiliyin barışa, sülhə doğru irəlilədiyini qeyd edib və bunu bəşər tarixinin yeni səhifəsi kimi kimi dəyərləndirib.

BSU-nun mətbuat xidməti