Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 10 noyabr - Dünya Elm Gününə həsr olunmuş “dəyirmi masa” keçirib.
Prorektor Aqil Şirinov institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların, “dəyirmi masa”ların, treninqlərin, görüşlərin keçirildiyini diqqətə çatdırıb. Maarifləndirici xarakter daşıyan bu tədbirlərin artıq ənənə halını aldığını bildirən A.Şirinov mövzunun vacibliyinə toxunub. Bildirilib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir, o cümlədən Azərbaycanın ali məktəblərində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir.
Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova Dünya Elm Gününün mahiyyətini, tarixini əks etdirən təqdimatla çıxış edib.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İslam və elm: vəhdət və harmoniya” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, İslam böyük mədəniyyətə malik, əzəmətli intibaha imza atmış bir dindir. Onun təlimlərinin mütərəqqiliyi tarixi təcrübə ilə sübuta yetirilib, elmin və mədəniyyətin zirvəyə çatdığı bir inkişafla səciyyələnib. İslam sivilizasiyasının elmlə dinin, dünya ilə axirətin, mənəviyyatla maddiyyatın uğurlu harmoniyasının real inikası kimi meydana çıxdığını vurğulayan E.Məmmədov bildirib: “Mədəniyyətlərin təşəkkülündə elm zəruri və mühüm amil olaraq çıxış edir. Lakin bu, kifayət etmir, çünki mədəniyyət təkcə maddi formata əsaslanmır. Mənəvi dəyərlər mədəniyyətin yaranması və inkişafında, həm də davamlılığında başlıca rol oynayır. Bəşər tarixinin komparativ təhlili belə deməyə imkan verir ki, fərdi və kollektiv əxlaqın, mənəvi-aksioloji həyat tərzinin ən yaxşı təmsilçisi kimi din çıxış edir”.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun “Elm, İslam və inkişaf” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, orta əsrlərdə İslam dünyası elm və mədəniyyətin mərkəzi olduğundan, dünyada gedən proseslərin fəal iştirakçısı olub. Lakin Qərbdən fərqli olaraq, İslam dünyasındakı fərdi elmi fəaliyyətlərin davamlılıq prinsipinə əsaslanan elmi institutlara çevrilməməsi təhsilin inkişafına təsirsiz ötüşməyib. Belə ki, alim dünyasını dəyişdikdən sonra, onun təhsil metodu da yox olub. Universitetlər isə bu qüsurdan xali olduğundan təhsil ənənələrini qoruyaraq, nəsildən-nəslə ötürüb, zaman keçdikcə qüdrətlənib.
“Dəyirmi masa” mövzu ətrafında müzakirələrlə başa çatıb.
Aİİ-nin Mətbuat Xidməti