Amerika Birləşmiş Ştatları digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə, onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Frans-Press" məlumat yayıb.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub. Məlum olduğu kimi, Azərbaycan da Rusiya ilə hərbi cəhətdən əməkdaşlıq edir. Maraqlıdır, Azərbaycan bu vəziyyətdə nə etməlidir? Digər tərəfdən də Amerika özü də Azərbaycana silah satmır. Bəs bunun səbəbi nədir?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ-ın sanksiyalarla bağlı hədəsindən ən böyük zərbə Ermənistana dəyəcək: “ABŞ və Avropa Birliyi ölkələri münaqişə zonalarına silah satmamaqla bağlı bir mövqe ortaya qoyublar. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi ilə bağlı münaqişə tərəflərinə də silah satmamaqla bağlı konkret yanaşması var. Bu baxımdan da ABŞ nə Azərbaycana, nə də Ermənistana silah satışını həyata keçirmir. Bu məqsədlər üçün də heç bir vəsait ayırmır. Lakin bu yenilik deyil, bizim üçün bəlli məsələdir. Yenilik isə odur ki, ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini daha da sərtləşdirməkdədir. Bu kontekstdə Rusiya hərbi-sənaye kompleksi hədəfə alınıb. Eyni zamanda Rusiya ilə bu sahədə əməkdaşlıq edən, bu ölkədən böyük həcmdə silah-sursat alan tərəflər də Birləşmiş Ştatların sanksiyalarının hədəfi ola bilər. Bu baxımdan Ermənistan yalnız Rusiyadan silah alır. Deməli bu sanksiyalar tətbiq ediləcəyi təqdirdə ilk növbədə onun zərbəsi Ermənistana dəyəcək. Bu məsələ Ermənistanda hazırda çox böyük vahimə ilə qarşılanmaqdadır. Təbii ki, belə olan halda Azərbaycan da Rusiya ilə silah ticarətinə yenidən baxmaq zərurəti gündəmə gələ bilər. Ancaq bizim Ermənistandan fərqimiz ondan ibarətdir ki, biz müstəqil dövlətik. Azərbaycan Rusiyadan silah alırdı, lakin ölkəmizin alternativ silah aldığı ölkələr də var”.
Politoloqun sözlərinə görə, Azərbaycan dövləti bu sahədə çox uğurlu siyasət həyata keçirir və bütün riskləri hesablayır: “Çox dəqiq hesablamanın nəticəsidir ki, yalnız bir mənbədən asılılıq yoxdur və biz indiki vəziyyətdə ciddi problemlə üzləşmirik. Biz Türkiyədən, İsraildən, Ukraynadan, Belarusiyadan və digər dövlətlərdən silah alırıq. Bu bizim müdafiə məsələlərimizdən irəli gəlir. Nə qədər ki, ərazilərimiz işğal altındadır, hər il büdcəmizdən 3-4 milyard dollar vəsaiti bu məqsəd üçün ayıracağıq. Bu baxımdan sanksiya məsələsinin Azərbaycana elə böyük təsiri olmayacaq. Bizim məqsədimiz təkcə iqtisadiyyatı şaxələndirmək deyil, eyni zamanda hərbi-texniki əməkdaşlıq məsələlərində də şaxələndirmək siyasəti həyata keçirir. Biz bu sferada da balansı qoruyuruq. Bunun sayəsindədir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu günlərdə Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da söylədi ki, Azərbaycan ordusu bir həftə ərzində, maksimum bir ay ərzində öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Bu artıq bir reallıqdır və bunu dünya da, Ermənistan da bilir. Yeni reallıqda Ermənistana Rusiyadan silah-sursat satışına qadağa qoyulacağı təqdirdə isə bu ölkənin necə pis vəziyyətə düşəcəyini proqnozlaşdırmaq çətin deyil”.
E.Nəsirov onu da vurğuladı ki, ABŞ-ın bu bəyanatı populist xarakter daşımır, reallıqda da tətbiq olunması ehtimalı böyükdür: “ABŞ-ın Rusiyadan silah alan ölkələri də sanksiyaları məruz qoyacağı istisna deyil. Bu mövqe artıq səsləndirilib. ABŞ-ın Ermənistandakı səfiri də bu məsələyə artıq öz yanaşmasını ortaya qoyub. Bu məsələ getdikcə ciddiləşir. Ermənistan tərəfi isə bunun qarşılığında çox absurd ideyalarla çıxış edirlər. İdeyalardan biri budur ki, əgər Ermənistan bu sanksiyalar ucbatından Rusiyadan silah ala bilməyəcəksə, o zaman bu silahı ABŞ Ermənistana versin. Çünki bu ölkə hərbi baxımdan Azərbaycanla üz-üzə dayanıb. İkinci yanaşma da odur ki, əgər Amerika doğrudan da belə bir siyasəti həyata keçirmirsə, münaqişə bölgələrinə silah satmırsa, o zaman Ermənistandan keçmədən birbaşa Dağlıq Qarabağdakı separatçı rejimə silah satsın. Amerikanlar isə bu yanaşmaya artıq “nonses” deyirlər. Belə çıxır ki, ABŞ Kataloniyadakı kimi separatçı bir rejimə islah-sursat satmalıdır ki, münaqişə daha da qızışsın. Bu da tamamilə qəbuledilməz məsələdir. Bütün bunlar onu göstərir ki, ABŞ-ın yeni sanksiyaları müzakirə etdiyi yeni durumda Ermənistanda sözün həqiqi mənasında vahimə yaşanmaqdadır. Bu vahimə o qədər şiddətli olub ki, ağıllarını itirib birbaşa ABŞ-dan qondarma separatçı, terrorçu bir rejimə əlahiddə silah-sursatın verilməsini gündəmə gətirmək istəyirlər. Bu ümumiyyətlə qəbuledilməzdir. Yəqin ki, onların bu təklifi beynəlxalq ictimaiyyət tərəfindən də çox böyük təəssüf və ironiya ilə qarşılanacaq”.
Ekspertin fikrincə, məhz Rusiyadan silah alışını qadağan edən sanksiya nəticəsində bu ölkəyə milyardlarla zərər dəyə bilər: “ABŞ və Rusiya dünyada ən çox silah-sursat satışı həyata keçirən dövlətlərdir. Dünyadakı silah satışının təxminən 50 faizdən çoxunu ABŞ həyata keçirir. Bu baxımdan Rusiya ondan bir qədər geridə qalır, yəni ikinci yerdədir. Rusiyaya qarşı bu sanksiyanın həyata keçirilməsi o deməkdir ki, bu ölkənin Yaxın Şərq və Orta Şərq ölkələrinə silah satmasına, xüsusilə də İranla, Çinlə, Hindistanla bu sahədə əməkdaşlıq məsələlərinə çox ciddi xələl gətirə bilər. Burada söhbət milyardlarla dollar vəsaitdən gedir. Yeni sanksiyaların tətbiqi ilə bağlı Rusiyanın hərbi büdcəsinə 3 milyard dollar ziyan dəyib. Bu hələ başlanğıcdır. Hesab edirəm ki, söhbət son dərəcə ciddi sanksiyalardan gedir. Belə olan təqdirdə bu sanksiyaların qarşılığında Rusiyanın hansı addımı atacağını söyləmək çətindir. Bu bütövlükdə dünyamızda gərginliyi daha artıra biləcək”.