İran çətin qanunları ləğv etməklə və nəzarətdə diqqətini artırmaqla dünya ticarətində öz payını almalıdır.
Bunu İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd deyib.
Onun sözlərinə görə, dünya ticarətində daha çox payı almağın ən önəmli yolları istehsal ehtiyaclarının asanlıqla ölkəyə daxil olması və mane olan idxalın qarşısının alınmasıdır.
Dejpəsənd əlavə edib: "Kağızla olan icazələrin tamamilə ləğv edilməsi, İran Gömrük İdarəsi əməkdaşlarının mükafatlandırılması diqqət mərkəzində durmalıdır".
İran gömrüklərində bir sıra qanun-qaydalar məhsullar və avadanlıqların idxal-ixracının qarşısında duran əsas problemlərdən sayılır. Buna görə də, həm idxalçılar, həm də ixracatçılar bu qanunların ləğv edilməsini uyğun hesab edirlər.
Tehsil-press.az