Nazirlik tərəfindən monitorinqlər aparılsa da, hələ də atmosferi çirkləndirənlərə rast gəlinir
Ölkə başçısının tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq aparmasına baxmayaraq, hələ də bir çox restoranlar, iaşə obyektləri təmizləyici qurğuları quraşdırmayıblar. Belə ki, axşam saatlarında Babək prospektində yenə də bəzi restoranlardan qalxan tüstülərin şahidi oluruq.
Yada salaq ki, noyabrın 28-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzaladı.
Əsasnaməyə əsasən nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ olub. Dəyişikliyə əsasən artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə biləcək.
Qeyd edək ki, bu hüquq artıq ETSN-in təmizlik qurğuları quraşdırmayan şadlıq sarayları və restoranların fəaliyyətini dayandırmaq və qadağan etmək barədə birbaşa qərar qəbul etməyə imkan verəcək. İndiyə qədər nazirlik bununla bağlı məhkəməyə müraciət edirdi. Məhkəmə prosesi isə bir müddət çəkdiyi üçün proses uzanırdı.
Nazirliyin əlində bu qədər səlahiyyət olsa da, bəzi restoranlarla görünür ki, bacarmaq mümkün deyil.
Nazirlikdən aldığımız məlumata görə, artıq təmizləyici qurğuları quraşdıran restoranların sayında artım var. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcəyi söylənilib.
10 gün öncə yayılan rəsmi məlumatda isə bildirilmişdi ki, 20 iaşə obyekti təmizləyici qurğuları quraşdırmır və onların fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Artıq ölkə başçısının müvafiq fərmanına görə, məhkəməyə müraciət etməyə də gərək qalmayıb. Belə olan halda isə restoranlara yalnız təmizləyici qurğuları quraşdırma qalır. Əks halda, onlar fəaliyyətlərini dayandırmalı olacaqlar.
Onu da qeyd edək ki, “Yeni Müsavat”a müraciət edən sakinlər Neft Emalı Zavodu barəsində də şikayətlərini bildirirlər. Zavoda yaxın məsafədə yaşayan sakinlərin sözlərinə görə, xüsusilə də sübh çağı və gecə yarısı havaya atılan tullantılar onlara əziyyət verir. Sakinlərin sözlərinə görə, zavoddan buraxılan qaz havada bir neçə saat qalır və onlar bu zəhərli havanı udmaq məcburiyyətində olurlar.
Onu da qeyd edək ki, adətən bu cür zavodlar şəhərdən kənarda inşa olunur. Neft Emalı Zavodu da inşa edilən zaman onun ətrafında hazırda olduğu qədər tikililər, yaşayış yerləri olmayıb. Şəhərin genişlənməsi, insanların Bakıya axını nəticəsində artıq zavodun yaxınlığında yaşayış binaları ucaldılıb, sıx yaşayış var. Bu xüsusda bir müddət öncə zavodun başqa bir əraziyə köçürülməsi məsələsi gündəmə gəlsə də, sonradan məsələ unuduldu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şikayətlər əsasında ötən aylarda zavodun məsul şəxsləri cərimələniblər. Sakinlər bildirirlər ki, bu haldan sonra zavoddan yayılan pis qoxu azalıb, lakin tamamilə dayanmayıb.
Əldə etdiyimiz məlumata görə, artıq zavodda yenidənqurma işləri aparılır. Elə havaya tullantıların atılmasının da səbəbi zavodda olan köhnə avadanlıqlardır.
SOCAR zavodun yenidən qurulmasına 2 milyard dollar xərcləməyi planlaşdırır. Yenidənqurma prosesi ilə bağlı istehsalın dayandırılacağı gözlənilir.
Bundan əlavə, havanı zəhərləyən istixanalardan da sakinlər narazılıq edirlər. Bildirilir ki, istixanalardan havaya tüstülər buraxılır ki, bu da xüsusilə yaşlılara və uşaqlara pis təsir edir.
Onu da qeyd edək ki, ötən ayın əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana sahibi cərimələnmişdi. Məlumatda qeyd edilmişdi ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub. Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimə olunub.

Əli RAİS