Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10-da ağacların kəsilərək yerində çoxmərtəbəli bina tikintisi xəbərinə münasibət bildirib. Nazirliyin mütəxəssisi Şakir Quliyev virtualaz.org saytına bildirib ki, Bakı şəhərində yağıllığın salınması qaydaları var. Amma son vaxtlar bu qaydaların pozulması halları qeydə alınır: “Ağac əkilməsi üçün rayon icra hakimiyyətinə müraciət etmək lazımdır. Amma vətəndaşlar bəzən harada gəldi ağac əkirlər. Mülkiyyətçilər isə şəxsi torpaqlarında əkilən ağacları çıxaranda narazılıqlar yaranır”.
Nazirlik mütəxəssisi vətəndaşlara müraciət edərək yaşıllaşdırma salmadan icra hakimiyyətinə müraciət etmələrini məsləhət görüb. “Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Axundov küçəsi, 10 ünvanda vətəndaşlar şəxsi mülkiyyətdə olan torpaqda ağac əkiblər. Orada şam və küknar deyil, qəzalı vəziyyətdə olan qovaq ağacları, eləcə də vətəndaşların əkdiyi meyvə ağacları olub. Mülkiyyətçi nazirliyə müraciət edib, Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyinin mütəxəssisləri tərəfindən ağaclar çıxarılaraq Bakı şəhərində digər ərazilərdə əkilib”, - Ş.Quliyev qeyd edib.
Tehsil-press.az