Yaxud dir daha Abel Məhərrəmov haqqında...
Əziz oxucular, yəqin ki, çoxunuz son günlər mətbuatımızın gündəmini zəbt edən Abel Məhərrəmov mövzusunun şahidisiniz.
Əsas sensassiya belədir: Abel Məhərrəmov nəhayət 19 ildən sonra rektor (diqqət edin, 19 il) vəzifədən azad olundu; vəzifədən azad olunma sanki böyük bir faciədir. Sonra da Abel Məhərrəmovun milyonlarla dəyərləndirilən mülkü-villaları şadlıq sarayları, istirahət mərkəzləri, nə bilim nələri, nələri barədə yazırlar... Əzizlərim, biz ki, dəfələrlə bu cür siyahının şahidi olmuşuq. Sabiq məmurlarımızın varidatı haqqında eşidəndə qulaqlarımız tutulub. Bəs Abel müəllimin var-dövlət toplamasını eşidəndə niyə şoka düşməliyik? Görünməmiş, eşidilməmiş yenilikdimi?
Yalnız işdən azad olunandan sonra!
19 il ərzində Abel Məhərrəmovun neynədiyini, nə qədər varidat topladığını görən, bilən olmadımı? Niyə vaxtında, zamanında bunlar nə deyilir, nə də ki, yazılır?
Budurmu azad, müstəqil mətbuat, budurmu rəy, fikir plüralizmi?!
Əvvəla onu deyək ki, Abel Məhərrəmovun işdən azad olunması nə mətbuat, nə də ki, cəmiyyət üçün faciə hesab olunmalı deyil. Təbii ki, vəzifə heç vaxt əbədi ola bilməz. Vəzifə kreslosunda ömürlük oturmaq istəyənlər bilməlidir ki, oturduğun kimi, durmağı da bacarmalısan. Bu, özü də bir istefa, mədəniyyətdir. Axı 20-30 il nazir, deputat, icra başçısı, rektor və s. olmaq kiminsə alnına yazılmayıb. Dünyadan beşəlli yapışmağın nə adı var... Üstəlik fürsət düşüb deyə, dağıdasan, talayasan, cibinə yığasan. Bu tarixi cinayətdir. Bu, Vətəninə, xalqına xəyanətdir...
Türkiyənin keçmiş prezidenti Əhmət Necdat Sezər, 7 illik prezidentlik dövründə iki otaqlı mənzildə yaşamışdı. Görkəmli bəstəkarımız Fikrət Əmirov Hüsü Hacıyev küçəsində 3 otaqlı mənzildə ömrünü başa vurmuşdu. Dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadə son mənzilə, birotaqlı, darısqal bir mənzildən yola salındı. Bu siyahını uzatmaq da olar... Bəs indi necə? Kimi vəzifə kreslosundan durğuzulursa milyonlar yox, milyardların oğurladığının şahidi oluruq. Keçmiş səhiyyə naziri Əli İnsanov, Nizami rayon keçmiş İcra başçısı Mehbalı Əliyev, DTK-nın sabiq sədri Eldar Mahmudov, keçmiş Vergilər naziri Fazil Məmmədov, keçmiş Əhalinin Əmək və Sosial Müdafiə naziri Səlim Müslümov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev və sair, hansını deyək?
Onların oğurladıqları necə oldu, yaxud necə oğurladılar ki, nə bilən, nə görən olmadı... Əziz həmkarlarımız, söz o vaxt qiymətli olar ki, o zamanında, vaxtında, məqamında deyilsin, yazılsın. Yoxsa atalarımı demişkən, daldan atılan daş ancaq və ancaq topuğa dəyə bilər...
Bəli, bu gün bunlar Azərbaycan reallığıdır. Bunları inkar etmək, göydə günəşi inkar etməyə bənzəyir.
Əgər bir tələbə Abel müəllimə müraciət etsəydi ki, “ödənişimə kömək et”. O, min bir sənət, qərar, qanun ortaya gətirərdi., “Nə danışırsan, nə kömək, nə təhsil haqqından azad olmaq, olmaz, pul var?” İndi nə deyəsən bu haram tikə ilə var-dövlət toplayan milyonçulara?!. Bu ölkədə təhsil, səhiyyə, bütün kommunallar ödənişsiz olmalıdır, inanın. Xəzinə üstündə oturan millət bir qarın çörəyə belə möhtacdır. Ölkənin sərvəti isə belə etibar edilən, etimad göstərilən bəzi üzdən iraq məmurlar tərəfindən talanır, dağıdılır, paylanır, göyə sovrulur... Onlar vaxtında cəzalansaydılar yəqin ki, belə də olmazdı.
Əgər bir neçə il bundan əvvəl Abel müəllimin var-dövləti haqqında yazılsaydı və bu deyilən faktların üstü açılsaydı, təbii ki, biz də belə jurnalist araşdırmasına haqq qazandırardıq. Bir də ki, bunun nə faydası? Məgər bu gün bəzi vəzəfə sahiblərinin varidatı Abel müəllimin varidatından azdır ki?.. Nə isə...
Belə bir söz var, rus yazıçıları Qoqolun şinelində çıxıb, Azərbaycanı tanıdanlar, Azərbaycanda tanınan, məşhurlar məhz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şinelindən çıxıb - desək bizi qınamazsınız...
Elm, mədəniyyət xadimləri, dünya şöhrətlilərimiz BDU-nun şinelindən çıxıblar.
Sovetlər dönəmində yeganə universitet kimi tanınan bir nömrəli təhsil müəssisəsi olub. Bu müqəddəs ocağa ləkə gəlməsinə heç cür yol vermək olmaz. Ancaq təəssüf hissi ilə qeyd edirik ki, bu gün Bakı Dövlər Universitetinin adı rüsvayçılıqla çəkilir, gülüş hədəfinə çevrilib.

Əkbər Hüseynzadə