Dövlət Gömrük Komitəsində keçirilən "Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi praktiki konfrans"ın iştirakçıları dekabrın 21-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) olublar.
Qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. O, gömrük xidməti orqanlarının informasiya-kommunikasiya texnologiyaları ilə bütövlükdə yüksək səviyyədə təchiz olunduğunu deyərək 6-cı beynəlxalq elmi praktiki konfransın əhəmiyyətindən söz açıb. Akademiyanın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Qulu Novruzov bu təhsil ocağında aparılan islahatlardan da söz açıb. Bakalavr təhsili ilə yanaşı, Akademiyada gömrük əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə qısa müddətli təlimlərin təşkil olunduğunu, eyni zamanda, növbəti tədris ilindən magistratura pilləsinə qəbulun da nəzərdə tutulduğunu qonaqların nəzərinə çatdırıb. O, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq DGKA-nın gömrük xidməti üzrə ixtisaslaşmış ali təhsil ocaqları ilə işgüzar əlaqələrdə maraqlı olduğunu qeyd edib.
Rusiya Gömrük Akademiyasının prorektoru, Rostov filialının direktoru Pyotr Başlı Rusiya Gömrük Akademiyasının rəhbərliyinin salamlarını çatdırıb. Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışan qonaq tədris proqramları, elmi-akademik fəaliyyət, tələbə həyatı, təlim kursları, distant təhsil ilə bağlı məlumat verib. Eyni zamanda, gömrük orqanlarında çalışmaq üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. İKT-nin hazırda bütün gömrük xidmətlərinin fəaliyyətinin işində mühüm yer tutduğunu deyən qonaq, eyni zamanda, Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə də məlumat verib. Ümumilikdə, elmi-tədqiqat sahəsində bacarıqların üzə çıxarılmasının vacibliyini bildirən Pyotr Başlı DGKA-nın tələbələrini Rusiya Gömrük Akademiyasında keçirilən ənənəvi illik tələbə konfransında iştirak etməyə dəvət edib.
Sonra qonaqlar Akademiyanı gəzərək, müəllim-tələbə heyəti, o cümlədən hazırlıq təlimlərinin dinləyiciləri ilə görüşüblər və təhsil ocağı ilə ətraflı tanış olublar.
DGKA-nın Mətbuat Xidməti