Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik idarəsinin əməkdaşları - polkovnik Elxan Əhmədov və polkovnik-leytenant Vəli Həsənli Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisaslarına qəbul olunmuş I kurs tələbələrinə Komitənin “Etik davranış kodeksi” və daxili intizam qaydaları haqqında təlim keçiblər.
Təlimdə tələbələrə “Etik davranış kodeksi”nin tələbləri haqqında geniş məlumat verilib, gömrük sistemində çalışan əməkdaşlar tərəfindən etik kodeksin tələblərinin yerinə yetirilməsinin zəruri olduğu qeyd edilib. Etik davranış kodeksinin ayrı-ayrı maddələri, xidməti mühitdə davranışın əsas prinsipləri geniş şərh edilib. Həmçinin tələbələrə gömrük orqanları əməkdaşlarının geyim forması və onun daşınması, peşə məsuliyyəti haqqında da ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçən təlim tələbələr tərəfindən maraqla qarşılanıb.
Komitənin əməkdaşları tərəfindən bu cür təlimlər mütəmadi olaraq keçiriləcək. Təlimlər Akademiya tələbələrinin gələcək iş sahələri üzrə daha geniş məlumat və təcrübi biliklərin əldə edilməsinə imkan yaradacaq.
Mətbuat Xidməti