TEHSIL-PRESS.AZ İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2019-cu il münasibətilə sizi təbrik edir!
Başa çatmaqda olan 2018-ci ilin son və qarşıdan gələn 2019-cu ilin ilk günlərində bu sözlər hələ çox səslənəcək və ətrafda hər şey yeni, işıqlı, şən və xeyirxah ab-hava ilə əhatə olunacaq. Köhnə ildən yeni ilə keçərkən hamımız, belə demək mümkünsə, qeyri-adi və sehirli hisslər yaşayırıq. Yeni il ərəfəsində gözəl paytaxtımız isə nağıllar şəhərinə çevrilir və çoxsaylı işıqları ilə daha cəlbedici olur.
Agentliyin kollektivi daimi və yeni – bütün oxucularına növbəti ildə xoş hadisələr, uğurlar, yeni perspektivlər, həmçinin şən əhvali-ruhiyyə diləyir!
Arzu edirik ki, bayram evinizə səadət gətirsin, qəlblərinizi sevgi və nura qərq etsin, xeyirxahlıq və məhəbbət hər zaman qalib gəlsin!
2019-cu ildə ölkəmizə sülh, çiçəklənmə və uğurlar arzulayırıq!
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikində vurğulayıb:
"Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”.
TEHSIL-PRESS.AZ İnformasiya Agentliyi tərəfdaşlarına – abunəçilərinə, reklam verənlərə, saytımızı mütəmadi izləyənlərə və yeni dostlarımıza təşəkkürünü bildirir!
Biz sizə 2019-cu ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmaqdan şad olacağıq!
Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq!
Bizimlə olun və uğur mütləq sizinlə olacaq!
TEHSİL-PRESS.AZ
İNFORMASİYA AGENTLİYİ