Azərbaycan Texniki Universitetində bayram tədbiri

Azərbaycan Texniki Universitetində bayram tədbiri Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov həmrəylik gününün tarixindən və əhəmiyyətindən danışıb. X.Yahudov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edib.
Tədbirdə universitetin ictimai işlərində fəal iştirak edən tələbələrə AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələr təqdim olunub.
Tədbir tələbələrin hazırladığı maraqlı bayram konserti ilə davam edib.

AzTU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər