31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür 31 dekabr Azərbaycan xalqının milli, mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün dünyanın dörd qitəsinə səpələnmiş 50 milyona yaxın soydaşlarımızın yaxın və həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsini, dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail olmasıdır.
Ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində hər il qeyd olunan bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Prezident İlham Əliyev öz çıxışlarında həmişə vurğulamışdır ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlılar öz ana dillərini, dinini, milli adət və ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur.
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən tarixi köklərimiz, milli mənəvi dəyərlərimiz, milli mədəniyyətimizdir, - ədəbiyyatımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir . Bu sözlər isə heç də təsadüfən söylənilməyib. Bu sözlərin həqiqətə çevrilməsində, həyata vəsiqə almasında hər birimiz var-gücümüzlə çalışmalıyıq.
Bu gün ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli bayram elan edilmişdir. Xalqımızın tarixi və gələcək taleyi baxımından bu bayramın çox böyük dəyəri vardır.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün xalqımızı təbrik edir, hər kəsə sevinc və xoşbəxtlik arzulayıram.

Mürşüd Quliyev - Ağcəbədi rayon,
C.Quliyev adına Təzəkənd kənd
tam orta məktəbinin direktoru

Oxşar xəbərlər