Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün və Yeni ilin geniş şəkildə qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu il universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən, qazanılan uğurlardan danışan rektor, eyni zamanda, bayram münasibətilə professor və müəllimləri, tələbələri təbrik edib, onlara nailiyyətlər arzulayıb.
Sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı, habelə tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
ADNSU-nun Mətbuat Xidməti