Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himnnin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan Həmrəylik gününün tarixindən danışaraq, bu günün xalqımızın təşəkkülündə, inkişafında və formalaşmasında birləşmə, birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu deyib. Məhz Ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildiyini deyən Qulu Novruzov növbəti dövrdə bu bayramın ümumxalq bayramına çevrildiyini qeyd edib. Akademiya rəisi bu əlamətdar hadisənin mahiyyətinin, tarixinin, eyni zamanda dəyərinin gənclərimiz üçün çox vacib olduğunu deyib. Hazırda bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
2018-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan Qulu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən siyasi, iqtisadi və digər sahələrdə uğurların davam etdirildiyini deyib.
Yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu və bu il ilk məzunlarını yola salan Akademiyanın ili uğurla başa vurduğunu bildirib. Akademiya rəisi ali təhsil müəssisəsini bitirən məzunların bir hissəsinin hazırda gömrük orqanlarında, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında çalışdıqlarını da vurğulayıb. Qulu Novruzov növbəti illərdə Akademiyanın daha çox uğurlara imza atacağına əminliyini ifadə edib. Akademiya rəisi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələrini təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.
Sonra “Milli birlik və azərbaycançılıq ideyaları bu gün də uğurla davam etdirilir” mövzusunda Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışovun məruzəsi dinlənilib.
Tədbirdə tələbələrin ifasında şeirlərdən ibarət səhnəciklər və ədəbi-bədii təqdim olunub.
DGKA-nin Mətbuat Xidməti