Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və xarici ölkələrdə geniş qeyd olunduğunu diqqətə çatdırıb, bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.
Tədbir tanınmış incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.

DİA-nın Mətbuat Xidməti