“Vətən birdir – Azərbaycan” təqdim edildi

“Vətən birdir – Azərbaycan” təqdim edildi “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanlıların multikultural həyat tərzi mövzusunda qısametrajlı filmin hazırlanması” layihəsi çərçivəsində hazırladığı “Vətən birdir – Azərbaycan” sənədli filmini təqdim edib. Tədbir Beynəlxalq Mətbuat Mərkəzində baş tutdu.
Film Azərbaycanda yaşayan milli azlıqların həyat tərzindən, adət ənənələrindən, məşğulluq sahələrindən bəhs edir. Dağ yəhudiləri, malakanlar, avarlar, talışlar və ləzgilərin Azərbaycanda yerləşməsi, yerli əhali ilə qaynayıb qarışaraq qardaşlıq şəraitində yaşamalarını əks etdirən sujet xətti filmin maraqlı alınmasına zəmin yaradıb.
Təşkilatın sərdi Rəşad Cəfərov tədbirdə bildirib ki, həyata keçirilən layihənin məqsədini gənclərin vətənpərvər ruhda, milli məfkurəmizin qoruyucusu ruhunda tərbiyəsinə çalışmaq, milli dəyərlərimizi qorumağa çağırış, ölkə rəhbərinin elan etdiyi “Multikulturalizm ili”nə töhfə verməyə nail olmaq, multikulturalizm ənənələri ilə bağlı maarifləndirmə işi aparmaq, Azərbaycanın multikulturalizm istiqamətində böyük təcrübəsini bölüşmək, multikulturalizm nümunələrini təbliğ etmək və sair təşkil edib. Milli məfkurəni, tarixə söykənən milli dəyərlərimizi qorumaq hər kəsin vətənpərvərlik borcudur. Ölkəmizi dünyada digər xalqlardan seçdirən ən önəmli dəyərlərindən biri də Multikulturalizm ənənələrimizdir. Cəmiyyətin sürətlə dəyişdiyi bu zamanda bəzi dəyərlər də aşılanmaya məruz qalır. Ölkə rəhbəri tərəfindən bu ilin “Multikulturalizm ili” elan olunması da mövzunun cəmiyyətimiz, dövlətimiz üçün prioritet olduğunu göstərir. “Vətən birdir - Azərbaycan” adlı sənədli filmin hazırlanması isə dövlət siyasətinə bir töhfə olaraq cəmiyyətimizə və digər millətlərə ənənələrimizi tanıtım məqsədi daşıyır.

“Vətən birdir – Azərbaycan” təqdim edildi

“Vətən birdir – Azərbaycan” təqdim edildi


Oxşar xəbərlər