Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina yerli və əcnəbi tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” adlı mühazirə oxuyub. Multikulturalizm anlayışının dini, irqi və etnik xüsusiyyətlərindən söhbət açan İ.Kunina Azərbaycanda qədim dövrlərdən məskunlaşan milli azlıqlar haqqında təqdimatla çıxış edib: “Müxtəlif millət və dinlərə mənsub insanların tolerant mühitdə yaşaması üçün multikultural cəmiyyətin olması vacibdir. Tolerant cəmiyyətdə insanlar bir-biri ilə daha rahat şəkildə ünsiyyət yarada bilir. Ölkə prezidentinin dediyi kimi, bizim ölkədə multikulturalizm insanların həyat tərzidir. Müxtəlif dinlərə, millətlərə və etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini və dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaradıb”.
Daha sonra Azərbaycanda məskunlaşan udin, rutul, talış, ingiloy və digər etnik azlıqların həyat tərzləri barədə ətraflı danışan İ.Kunina onların qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını deyib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra burada yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur. Onların doğma dillərində ünsiyyət qurmaları, eyni zamanda dini inanclarını da yerinə yetirmələri üçün şərait yaradılır. Mədəni müxtəlifliyin qorunması multikulturalizmin əsas istiqamətlərindən biridir”.
Mühazirənin gedişində tələbələrə Azərbaycanın memarlıq abidələri, tarixi məkanları, fərqli etnik mənsubiyyətləri olan insanların həyatı haqqında qısasujetli film də nümayiş olunub.
İnteraktiv şəkildə keçən mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
ADU-nun Mətbuat Xidməti