2018-2019-cu tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Layihənin məktəbəhazırlıq qruplarında tətbiqində əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili proseslərinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbəhazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.
Təhsil Nazirliyindən Tehsil-press.az-a bildiriblər ki, ötən tədris ilində məktəbəhazırlığın əhatəliliyi də genişləndirilib. 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.
Tehsil-press.az