Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb

Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb Xızı rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. Nakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında Xızı rayon İcra hakimiyyətinin və Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustadının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb, Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan danışıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.
Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon uşaq musiqi məktəbində də ölməz şair Mikayıl Müşfiqin xatirəsi anılıb. Anım günündə məktəbin şagirdləri İsmayıl Kərimli və Günel Ağazadənin ifasında Mikayıl Müşfiqin şeirləri dinlənilib.

Sumqayit Regional Mədəniyyət Idarəsinin
Mətbuat xidməti


Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıbXızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıbXızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb

Oxşar xəbərlər