Şuşa şəhər MKS-də keçirilən görüşü giriş sözü ilə Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova açıb və şəhidlərin xatirəsi yad edilib. Sonra tədbirdə mövzu ilə əlaqədar Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev və Vüsalə Fətəliyevanın, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Zahid Abbasovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyevin çıxışları dinlənilib.
Daha sonra şəhidlərin ailə üzvləri Cahid Ələkbərov, Nazilə Əzizova, Ürfanə Məhərrəmova, Aybəniz İsmayılova həlak olmuş əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda kitabxananın fəal oxucuları Könül Ələkbərova, Gülay Həsənzadə, Aygül İbrahimova və Təhminə Abdullayeva şəhdlərə həsr olunmuş şeirlər söyləyiblər.
Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti