Balakəndə evdən oğurluq edən şəxs saxlanılıb

Balakəndə evdən oğurluq edən şəxs saxlanılıb Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər