Məktəbə ilk addımlarını atanda hamı onları ərköyün bilir. Hərəkətlərini belə dəyərləndirir: Bu uşaq müəllimin sözünü dinləmir, dərsi pozur, yoldaşlarının əşyalarını dağıdır, kobud və ədəbsizdir. Çox zaman müəllimlər də, valideynlər də, məktəbli yoldaşları da onlara tərbiyələndirmək üçün müəyyən “cəza”lar verir. Müəllimlər daha çox valideynlərə şikayət edir. Digər uşaqlar onlarla oynamır. Valideynləri tərəfindən isə danlanırlar. Yaranmış ümumi mənzərədə qarşımızda gərgin, əsəbləri pozulmuş, rabitəsiz hərəkətlər və emosionallıq edən azyaşlı birini görürük. Kimsə əhəmiyyət vermir ki, bu uşaq onların düşündüyü deyil. Qarşılarında hər kəs tərəfindən mənən sıxışdırılmış bir uşaq var. Məhz bu anlaşılmaz davranışlar onun vəziyyətinə və tərbiyəsinə mənfi təsir göstərir.
Əslində, necə olmalıdır?
Bu vəziyyətdə müəllim və ya valideyn mütləq psixoloqa müracət etməlidir. Yuxarıda sadalanan hallar müşahidə olunursa, uşaqda mütləq diqqətin yayınma sindromu və ya hiperaktivlik var. Belə problemləri ona qarşı sərt tədbirlər görməklə həll etmək olmur.
Diqqətin yayınma sindromunun əlamətləri hansılardır?
Buna psixologiyada diqqət azlığı da deyirlər. Yəni uşaqlar özlərindən asılı olmayan səbəbdən diqqətlərini cəmləməkdə əziyyət çəkirlər. Dinləmə qabiliyyətləri aşağı səviyyədə olur. Verilən tapşırıqları sonuna qədər icra etmir, tez-tez öz əşyalarını itirirlər. İkinci əlamət isə impulsiv davranışdır. İmpulsivlik, başqa sözlə ifadə etsək, səbirsizlik deməkdir. Yəni, onlar fikirlərini ifadə edərkən son dərəcə tələsir, əsəbi, gərgin görünürlər. Bəzən də aşırı aktiv olurlar. Bu isə əvvəldə qeyd etdiyimiz hiperaktivlik göstəricisidir. Yəni normal yaşıdlarından iki dəfə sürətli və enerjili olurlar.
Müşahidələr göstərir ki, bütün hiperaktiv uşaqlar körpəlikdə normadan çox az yuxu yatır. Qalan vaxt ərzində ya ağlamaqla qida tələb edir, yaxud da onunla zaman keçirilməsini istəyir və ya sadəcə oyaq qalıb, yatmırlar.
Əgər bu halları müşahidə etmisinizsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bu, pedaqoqun və ya valideynin təkbaşına həll edə biləcəyi problem deyil. Uşaq mütləq psixoloq və nevropatoloq müayinəsindən keçməli, diaqnostikanın nəticələrinə görə müalicə almalı, psixoloqla seanslara aparılmalıdır.
Hiperaktiv uşaqlar həm də emosionaldır
Onların sakitləşməsi adekvat münasibət qarşılığında mümkündür. Yəni, müəllim dərslərini eyni emosionallıq və ya həmin uşaqları maraqlandıran xeyli suala cavab verməklə idarə etməlidir. Eyni zamanda, uşağa xüsusi diqqət mərkəzində olduğunu hiss etdirməməlidir. Bu üsulla onlar hiperaktivliyi sakitləşdirə, daha mühüm beyin hüceyrələrinin aktivləşməsinə şərait yaratmış olacaqlar.
Çox insan elə bilir ki, hiperaktiv uşaqların öyrənmək bacarıqları digərlərinə nisbətən üstündür.Yəni, onları qeyri-adi zəka sahibi bilirlər. Qətiyyən belə deyil. Əksinə, hiperaktiv uşaqlar öyrənmə bacarıqlarına görə yaşıdlarından çox az biliyə malikdirlər. Bəzən onları emosional edən geri qaldıqlarını hiss etmələri olur. Bu üzdən məktəbdə müəllim hiperaktiv uşaqlara qarşı tələblərini azaltmalıdır. Yəni, onlardan hər şeyin maksimumunu istəmək olmaz. Belə olduğu halda uşaq da uğurlarını görməyə başlayacaq, təhsilə münasibəti dəyişəcək. Dostlara və dərsə münasibəti yumşalacaq, daha çox faydalı olmağa çalışacaq. Hiperaktiv uşaqlara hətta dərsarası fiziki hərəkətlər etməyə də imkan vermək lazımdır. Bu, onların enerjisini minimuma salmaq üçün daha bir vasitədir.
Ümumiyyətlə, hiperaktiv uşaqlarla davranış son dərəcə diqqətlilik tələb edir. Bütün bunlar elə formada icra olunmalıdır ki, uşaq ona xüsusi münasibətdən sui-istifadə etməyə cəhdlər göstərməsin.
Bəli, çətindir, ancaq bütün çətinliklərin uğurlu sonu, müsbət nəticələri mütləq olur. Yetər ki, biz o müsbətə özümüzü də, övladlarımızı da kökləyə bilək. Özü də bunu sevgi ilə hər kəsin gələcəyi naminə edək.

Mehriban VERDİYEVA,
“Məktəblinin dostu” layihəsinin psixoloqu