Dünyanın bir çox inkişaf etmiş ölkələrində insanlar demək olar hər ay psixoloq xidmətinə müraciət edirlər. Qeyri-rəsmi statistikaya görə, mövcud xəstəliklərin 80%-dən çoxu insanın psixikası və sinir sisteminin pis olması ilə bağlıdır. Azərbaycanda bu sahədə vəziyyət, mövcud problemlər və onların həlli yolları ilə bağlı ATU-nun psixiatriya kafedrasının professoru Nadir İsmayılovun müsahibəsini təqdim edirik:
-Nadir müəllim, Azərbaycanda psixiatrlara müraciət edənlərin sayının az olduğunu deyirlər. Sizcə,bunun səbəbləri nə ilə əlaqədardır?
-Mən az olduğunu deməzdim. Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var.
-Elədirsə, ən çox hansı problemlərlə sizə müraciət olunur?
-Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var. Lakin şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur. Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür.
-Qeyd etdiniz ki, intiharların sayı artır. Bunda psixoloji problemlər hansı rol oynayır?
-Əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük. Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik.
İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır - əhali arasında olan gərginlik, gərgin həyat rejimi və s. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Yəni, əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır.
Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib.
Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda, çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük.
-Bir mütəxəssis kimi depressiya, stressdən qorunmağın yolları barədə hansı məsləhətləri verərdiniz? Ümumiyyətlə, depressiyanı xəstəlik kimi qiymətləndirmək olarmı?
-Bu məsələdə ən önəmli məsələ düzgün rejimli həyat tərzidir. İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əks təqdirdə, bu dövrdə, belə bir şəraitdə, bu cür qeyri-düzgün rejimlə stressə düşməmək mümkün deyil.
-İnternetdən danışdınız. İnternetin həm də gənclərin psixologiyasına mənfi təsirindən gileylənirlər. Bu fikirlər nə dərəcədə haqlıdır?
-Əlbəttə, internetin mənfi təsirləri mövcuddur. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan qat-qat artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə olurlar. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik.
-Uşaqlarda psixoloji problemlərin daha dərin yaşandığını deyirlər. Valideynlər uşağın hansı yaşında diqqətli olmalıdırlar? Və uşağın davranışında nəyə diqqət olunmalıdır?
-Uşaqlarla mışğul olmaq psixologiyanın, pedaqogikanın böyük bir sahəsidir. Uşaq psixologiyası ilə təkcə biz psixoloqlar deyil – uşaq nevroloqları, psixoloqlar, pedaqoji işçilər, ictimai təşkilatlar, məktəblər də məşğul olurlar. Biz öz sahəmizə uyğun olaraq, uşaqda olan psixi narahatlığı aşkar edib müalicə etmək üçün psixo profilaktika aparılmasına, onlar üçün düzgün həyat rejiminin yaradılmasına diqqət yetiririk. Yəni , uşaqarın sağlam böyüməsində hər kəs iştirak etməlidir, bu proses hərtərəfli aparılmalıdır.
-Psixologiya sahəsində kifayət qədər peşəkar kadrlar varmı, yetişdirilirmi?
-Kifayət qədər olduğunu deyə bilməsəm də, əminliklə dyə bilərəm ki, yaxşı kadrların yetişdirilməsi prosesi gedir. Mən özüm də tələbələrlə işlərə çox diqqətlə yanaşıram. Tədris prosesi üçün çox önəmli olan praktikalara cəlb edirəm.
-Bəzən deyirlər ki, dərmansız, sözlə sağalmaq mümkün deyil. Bu cür fikirlərə münasibətiniz necədi?
-Sözlə müalicə - təbabət elminin bir qolu olan psixoterapiyada mövcuddur. Mərkəzi sinir sisteminin bütün funksional xəstəlikləri, psixosomatik xəstəliklər daha çox psixoterapiya ilə müalicə olunan xəstəliklərdir. Ən azı 100-ə qədər sindrom və xəstəliklər var ki, onlar psixoterapiya ilə daha yaxşı müalicə olunur. Bu sahədə Bexterev, Freyd kimi tanınmış alimlərin adlarını çəkmək olar.
Təəssüf ki, son zamanlar bizdə psixoterapiyanın tədrisinə diqqət azaldılıb. Ümid edirəm ki, ATU-da bundan sonra bu məsələyə diqqət artırılacaq.

ATU-nun Mətbuat Xidməti