Demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunə olduğu halda sapı özümüzdən olan baltaların xaricdən anti-Azərbaycan qüvvələrin dəstəyi ilə ölkəmizin uğurlarına kölgə salmaq cəhdləri mənəviyyatsızlıq, vətəndaşlıq təəssübkeşliyi anlayışının bu ünsürlər üçün nə qədər yad olduğunun göstəricisidir.
Bunu Tehsil-press.az-a YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "milli şuraçı"ların 19 yanvar mitinqinə, eyni zamanda, 20 Yanvar şəhidlərinin anım günündə ictimai asayişi və nizam-intizamı pozmaq cəhdlərinə münasibət bildirərkən söyləyib.
O bildirib ki, bütün fəaliyyətləri boyu bu ünsürlərin "möhtəşəm mitinq" sevdası mövcud olduğundan fürsət düşən kimi "xarici dayıları"ndan qrant qoparmaq üçün küçələrə çıxsalar da, sosial bazalarının yoxluğunun şahidinə çevriliblər: "Lakin uğursuzluqlarının səbəbini özlərində axtarmaq əvəzinə, hakimiyyəti tənqid etməklə ictimai fikri çaşdırmağa və başqa istiqamətə yönəltməyə cəhd göstəriblər. Amma bir reallığı unudurlar ki, özləri 90-cı illərin əvvəllərinin nostalji hissləri ilə yaşasalar da, xalq ağı qaradan seçməyi, kimin hansı məqsədlər uğrunda mübarizə apardığını çox yaxşı bilir".
19 yanvar mitinqinin bu ünsürlərin kimliyinə bir daha işıq saldığını söyləyən V.Rəhimzadə qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti "Milli Şura"nın mitinqlə bağlı müraciətinə müsbət cavab verməklə demokratik cəmiyyətin əsas atributlarından biri kimi vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunduğunu, hər kəsin öz fikrini azad, sərbəst şəkildə ifadə etmək imkanına malik olduğunu təsdiqlədi: "Məhz bu razılığın verildiyi gündən dağıdıcı ünsürlərin məyusluğu sezilməyə başladı. Çünki daim icazəsiz aksiyaların keçirilməsində maraqlı olan bu ünsürlər çirkin niyyətlərini bu yolla həyata keçirə biləcəklərini düşünürlər: ictimai asayişi pozmaq, qarşıdurma yaratmaq, baş verənlərin cızılan ssenariyə uyğun olaraq çəkilişini aparmaq və beynəlxalq təşkilatlara donoslar ünvanlayıb bunu ölkəmizdə insan hüquqlarının kobud şəkildə pozulması, demokratiyanın boğulması kimi təqdim etmək. Artıq əlikərimlilər bu planlarının da onların köməyinə gəlmədiyinin şahididirlər".
Ekspert bildirib ki, bu gün küçəyə çıxan "milli şura"çıların mitinq üçün seçdikləri şüara diqqət yetirsək məqsəd və məramlarının nədən ibarət olduğu özünü qabarıq şəkildə büruzə verər: "Qul imicini qazanan əlikərimlilər "siyasi məhbus"lara və Mehman Hüseynova azadlıq" şüarını sözsüz ki, xarici dəstəkçilərinin sifarişlərinə uyğun seçiblər. Azərbaycanda "siyasi məhbus"un olmadığı beynəlxalq səviyyədə etiraf olunur. Ən əsası, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası bu məsələnin çoxdan qapandığını, Azərbaycanla bu mövzuda problemin olmadığını bəyan edib. Xatırlasaq, qurumun 2013-cü ildə keçirilən qış sessiyasında bəzi anti-Azərbaycan qüvvələr Azərbaycanla bağlı "siyasi məhbus" məsələsinin müzakirəsinin vacibliyini bildirəndə qurum rəhbərliyi bu təklifi qəbul etməmişdi. Bu hadisə Azərbaycan reallıqlarının, ölkəmizin demokratik inkişafının təntənəsi kimi dəyərləndirildi. Baxmayaraq ki, ölkəmizdə bəzi "hüquq müdafiəçiləri" "siyasi məhbus" anlayışından alver kimi bəhrələnərək, müxtəlif tərkibdə siyahılar hazırlayır və beynəlxalq təşkilatlara göndərirlər. "Milli şuraçı"ların mitinqinin vaxtı ilə Avropa Parlamentinin tələsik şəkildə Mehman Hüseynovla bağlı qətnamə qəbul etmə vaxtının üst-üstə düşməsinin özü də bir çox məqamlara aydınlıq gətirir".
Baş redaktor deyib ki, 19 yanvar mitinqi dağıdıcıların "möhtəşəm mitinq" istəyinin utopiya olaraq qalacağını bir daha nümayiş etdirdi: "Xalq bu ünsürlərə seçkilərdə verdiyi "yox" cavabı ilə onların siyasi meydanının daraldığını, ən əsası, arxivin küncünə sıxışdırıldıqlarını təsdiqlədi. Seçkilərdə məğlub olan dağıdıcıların mitinqlərdə xalqdan dəstək alacaqlarını düşünmələri onların siyasi savadsızlıqlarından irəli gəlir".
V.Rəhimzadə qeyd edib ki, vətənpərvərlik duyğularından məhrum olan, şəxsi ambisiyalarının quluna çevrilən dağıdıcılar mənəviyyatsızlıqlarını 20 Yanvar şəhidlərinin xatirəsinin anıldığı gündə şəhidlərin ruhuna hörmətsizlikləri ilə bir daha nümayiş etdirdilər:
"Ümumxalq Hüzn Günündə belə bir addımı atmaqla xalqı bir daha onların keçmişini xatırlamaq məcburiyyətində qoydular. Təbii ki, ermənilərlə işbirliyində olub, dövlətin maraqlarını arxa plana keçirən, ən əsası, gəncləri özünün çirkin oyunlarının oyunçusuna çevirərək, ermənilərlə Dağlıq Qarabağ razılaşmasının iştirakçısı kimi çıxış etməyə sövq edən əlikərimlilərin şəhidlərin ruhuna bu şəkildə hörmətsizliyi başadüşüləndir. Çünki deyildiyi kimi, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Həmçinin torpaq, Vətən uğrunda canlarından keçənlər şəhidlik zirvəsinə ucalırlar. Torpağı, Vətəni pula satan, öz şəxsi ambisiyalarının quluna çevrilən əlikərimlilər bu kimi vətənpərvərlik duyğularından xəbərsiz olduqları halda onlardan şəhidlərin ruhuna hörmət gözləmək sadəlövhlük olar. Bir xatırlatmanı da edək ki, 20 Yanvar şəhidlərinin xatirəsini anmaq adı ilə təxribata əl atan bu ünsürlər əkrəməylislilərin "Daş yuxuları"nın, rüstəmibrahimbəyovların "Qafqaz üçlüyü"nün dəstəkçiləridir. Bu dəstək ermənilərə dəstəkdir".
Baş redaktor hakimiyyətdə olduqları dövrü unudan əlikərimlilərə bir əsas məqamı xatırladıb ki, gələcəyə keçmişimizlə addımlayırıq: "Keçmişini unudan gələcəyini normal şəkildə qura bilməz. Ermənilərlə işbirliyi təsdiqlənən, keçmiş silahdaşlarının belə arxa çevirdiyi AXCP sədri Əli Kərimli kimilər düşərgədə də nüfuzlarını itirmələrinin fərqində olmasalar da, hər halda bu bir reallıqdır. Vətənpərvərlik insanın daxili duyğularıdır. Bu duyğulardan məhrum olan insanlar mənəviyyatsızdır. Bu xatırlatmanı da dağıdıcı ünsürlərə etmək istərdik ki, itirilmiş mənəviyyatı bərpa etmək mümkün deyil.
Tehsil-press.az