Partiya sədri: Milli Şuranın taktikası yanlışdır

Partiya sədri: Milli Şuranın taktikası yanlışdır Siyasətdə öz məqsədlərini həyata keçirmək üçün din amilindən siyasi alət kimi istifadə etmək yanlış taktikadır. Bunu Tehsil-press.az Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə Əli Kərimlinin dindarları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, siyasətdə daha çox demokratik ölçülərdə hərəkət etmək lazımdır: “Radikal dindarların da cəlb edilməsi ilə mitinq keçirmək taktikası ağıllı taktika deyil. Mitinq keçirmək bir hüquqdur və referendum ərəfəsində dövlət orqanları da doğru olaraq buna imkan yaradıblar, razılıq veriblər, amma bu o demək deyil ki, meyillənmə demokratik resurslar çərçivəsindən çıxmalıdır. Müxalifət qüvvələri dini siyasətə alət etmək addımından çəkinməlidir. Çünki bu daha çox onların, ünumulikdə dövlətin, cəmiyyətin ziyanına ola biləcək bir məsələdir”.
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Mustafa bildirib ki, bu addım müxalifətdə niyyətlərin fərqli olmasından irəli gəlir:
“Niyyətlər demokratiya uğrunda mübarizə deyil axı. Niyyətlər kimin önə çıxmasıdır, kimin daha çox "mən müxalifət adına sahibəm" deyə bu iddianı gündəmdə saxlamasıdır. Əsas budur, ona görə başqa cür addım gözləmək də olmazdı”.


Tehsil-press.az

Oxşar xəbərlər