Ələkbərov Azərbaycana qayıdacağının anonsunu verdi - Prezidentlə görüşdən sonra

Ələkbərov Azərbaycana qayıdacağının anonsunu verdi - Prezidentlə görüşdən sonra Rusiyanın “Lukoyl” neft şirkəti Azərbaycan və Qazaxıstan şelfində yeni geoloji-kəşfiyyat bloklarını öyrənir.
Bunu şirkətin rəhbəri Vahid Ələkbərov prezident İham Əliyevlə Davosdakı görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib:
“Biz Azərbaycandakı yeni geoloji-kəşfiyyat bloklarını nəzərdən keçiririk. SOCAR-la birlikdə çalışırıq. Hansı bloklar olduğunu demək istəmirəm. Çünki məsələ hələ erkən mərhələdədir”.
Ələkbərovun sözlərinə görə, tərəflər “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak məsələsini müzakirə etməyiblər.
“Biz Xəzər dənizi ərazisində işlər görməyə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” bloku ilə bağlı sənədlər imzalanıb. Birgə müəssisə üçün hazırlıqlar aparılır. Qazaxıstan şelfində daha bir neçə blok hazırlanacaq. Biz öz təcrübəmizdən təkcə Rusiyada deyil, Azərbaycan və Qazaxıstanda da istifadə etmək istəyirik”.

Tehsil-press.az

Oxşar xəbərlər