Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Ləzifə Qasımova və fakültənin professor-müəllim heyəti iştirak ediblər. Elmi Şuranın sədri, dekan professor Məhəmmədəli Ramazanov iclas iştirakçılarını salamlayıb və gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Sonra professor Əhməd Abdinov fakültə Tədris-Metodiki Şurasının hesabatını təqdim edib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra onun gördüyü işlər barədə danışıb.
Məruzə ətrafında dos.M.Rəcəbov, prof. N.Qocayev və prof.Ə.Hüseynov çıxış edərək TMŞ-nin illik fəaliyyətinə müsbət münasibətlərini bildiriblər.
Akademik Vasif Babazadə və professor Məhəmmədəli Ramazanov hesabatı yüksək qiymətləndiriblər. Sonda Elmi Şura üzvlərinin səsverməsi ilə Fizika fakültəsi TMŞ-nin 2017/2018-ci tədris ili üçün hesabatı qəbul edilib.
Daha sonra professor M.Ramazanov AMEA-nın illik hesabatına daxil edilmək üçün elmi nəticələrin siyahısını təqdim edib və siyahı səsvermə ilə qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi


Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilibFizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilibFizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Oxşar xəbərlər