Professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi üçün UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində 89 müəllimin, o cümlədən Zaqatala filialından 7 müəllimin iştirakı ilə “Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları” mövzusunda Qış Məktəbi başlayıb.
Qış Məktəbi Praqa Biznes Məktəbinin professoru Vadim Strilkovski və Türkiyənin Atılım Universitetinin rektoru, professor Yıldırım Üçtuğun iştirakı ilə keçirilir.
Təlim müddətində professor V.Strilkovskinin “Elmi məqalələrin yazılması qaydaları”, “Tələbələrin biliyinin qiymətləndirilməsində müasir və motivasiya əsaslı metodlardan istifadə”, “Sərbəst işlərin (tapşırıqların) müəyyən edilməsi və qiymətləndirilməsinin effektiv metodları”, “Tədris prosesində motivasiyanı təmin edən üsullar və onların tətbiqi” və digər mövzularla əlaqədar təqdimatları dinləniləcək.
Professor Yıldırım Üçtuğ isə “Dərsin refleksiya hissəsində istifadə olunan metodlar”, “Auditoriyalarda liderlik və komandalarla işləmə bacarıqlarının tətbiq edilməsi”, “Tələbələrin yaradıcı düşüncəsinə təsir edən metodların istifadəsi: Beyin xəritələri; Skeçlər; Keys (case); Rol oynama; In-basket” və digər mövzular üzrə təqdimatlarla çıxış edəcək.
Tehsil-press.az