Xocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olub

Xocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olub Bakı Mühəndislik Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı 27 il öncə Xocalı-Əsgəran yolunda anası ilə birgə əsir düşmüş, ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə Salatın Əhmədova da iştirak edib. Mərasimdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib və ardından dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, tarixən davam edən Ermənistanın Azərbaycana olan ərazi iddiaları və təcavüzləri Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli həddə çatmış və tarixdə misli görünməmiş faciələrdən biri Xocalıda törədilmişdir. Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələri sayılan Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Yollar erməni quldurlarının nəzarətində olduğundan şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız soyuqdan donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olmuş, əsir düşmüş, girov götürülmüşdür. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral – Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Ulu öndər Heydər Əliyev tərəfindən “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzalanmışdır. Bu sənədlərə əsasən deyə bilərik ki, Xocalı faciəsi Ulu öndərin ikinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan hüquqi-siyasi qiymətini almış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Bu gün də Ulu öndərin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan torpaqlarının işğaldan azad olunması və xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanıdılması üçün uğurlu işlər aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində Xocalı soyqırımının təfərrüatlarını, baş verdiyi şəraiti və fəsadlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mühüm işlər görür.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səidə Babayeva çıxış edərək Xocalıda insanlığa qarşı törədilmiş vəhşiliklərdən danışıb. Bildirib ki,
Xocalıda onlarla insan diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitlərə də işgəncə vermişdir ki, bu da insanlığa yaraşmayan hərəkətlərdir. Vurğulayıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Çıxışlardan sonra tədbir iştirakçıları BMU-nun Tələbə Dram Studiyası üzvlərinin Xocalı faciəsinin 27-ci il dönümü münasibətilə hazırladığı “Xocalı –sızlayan yaddaşımız” adlı ədəbi-bədii kompozisiyanı izləyiblər.
Tədbir Xocalı faciəsi zamanı 8 aylıq körpə olan Salatın Əhmədovanın çıxışı ilə sona çatıb. O bildirib ki, faciənin canlı şahidi olsa da, o dəhşətli gecədə baş verənləri anasından dinləyib. S.Əhmədova dəvətə və onun həyatını əks etdirən belə möhtəşəm kompozisiya hazırladıqlarına görə universitet rəhbərliyinə və tələbələrə dərin təşəkkürünü bildirib.

BMU-nun Mətbuat Xidməti


Xocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olubXocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olubXocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olubXocalı faciəsi zamanı ermənilər səsini duymasınlar deyə, anası tərəfindən boğulmuş 8 aylıq körpə 27 il sonra BMU-da olub

Oxşar xəbərlər