Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü Gəncə Dövlət Universitetinin kollektivi tərəfindən dərin kədər və hüznlə anılıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətlərini əks etdirən rəsm əsərlərinə baxış olub.
Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, faciəyə həsr olunan videoçarx göstərilib.
Tədbirdə çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov bildirib ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma məruz qalıb. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələrinin Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı insanlığa qarşı vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb. Xocalı qətliamı Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi oldu. Xocalı soyqırımı tarixə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı.
Xocalı faciəsi bəşər tarixində iki misli görünməyən Xatın və Sonqmi faciələrini öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoydu.
Tarixi həqiqətləri dünyaya çatdırmaq isə ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçib.
Bildirildi ki, Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb.Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Liderimiz, eyni zamanda, xalqımızın əsrlərboyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır: “Məhz Fondun gərgin fəaliyyəti nəticəsində Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxarılmasının zəruri olması barədə dünya ictimaiyyəti məlumatlandırıldı. Aparılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pislədilər”.
Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər tezliklə ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Sonda universitet tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.

GDU-nun Mətbuat Xidməti