“Xocalıya ədalət!” devizi altında Sumqayıt Dövlət Universitetinin professor-müəlim və tələbə heyəti yürüş etdi

“Xocalıya ədalət!” devizi altında Sumqayıt Dövlət Universitetinin  professor-müəlim və tələbə heyəti yürüş etdi Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Xocalı faciəsinin 27-cı ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.
Fevralın 25-də Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan, XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 27-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivinin nümayəndələri Sumqayıt şəhərində Şəhidlər xiyabanı memorial kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəyə yürüş etdi.
Ümummilli Lider Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlər göstərdi. Qısa müddət ərzində Xocalı faciəsi bir çox dövlətlərin parlamentlərində soyqırım aktı kimi qəbul edildi.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Xocalı soyqırımı, Ermənistan - Dağlıq Qarabağ - Azərbaycan münaqişəsinin tarixi, nəticələri, soyqırımla bağlı həqiqətlərin geniş miqyasda təbliğ edilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu hadisələrin hamının yaddaşında həkk edilməsi istiqamətində “Xocalıya Ədalət” kampaniyasının rolu danılmazdır.
Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin tələbə - müəllim kollektivinin nümayəndələrinin “Xocalıya ədalət” devizi altında keçirilən yürüşü də kompaniyanın təbliği istiqamətində olduqca böyük əhəmiyyət daşıyır.
Yürüşdə iştirak edən 613 tələbənin hər biri Xocalıda qətlə yetirilən 613 nəfər soydaşımızın adı yazılmış bir lövhə götürdü. Ulu çinara bənzədilən azərbaycanımızın hələ yaşıl ikən budağından qopan yarpaqları kimi həyatını itirən soydaşlarımızın adları yazılmış bu lövhələrin hər biri bir şəhid ruhunu simvolizə edirdi.
Universitetin rektoru, professor-müəlim və tələbə heyəti abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etdilər.
Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

SDU-nun Mətbuat Xidməti


“Xocalıya ədalət!” devizi altında Sumqayıt Dövlət Universitetinin  professor-müəlim və tələbə heyəti yürüş etdi“Xocalıya ədalət!” devizi altında Sumqayıt Dövlət Universitetinin  professor-müəlim və tələbə heyəti yürüş etdi

Oxşar xəbərlər